İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"ndan səhiyyə işçilərinə komissiyasız və zaminsiz nağd pul krediti

Bakı, 14 iyun, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibətilə "İllərdir birlikdəyik!" şüarı altında özəl kampaniyaya start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, əməkhaqlarını bu bankın kartları ilə alan səhiyyə işçiləri keçirilən kampaniya çərçivəsində indi manatla nağd pul kreditini daha sərfəli şərtlərlə əldə edə bilərlər. Kampaniya iyunun 30-dək keçərlidir.

Kampaniyanın özəllikləri: kreditin məbləği - 15.000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi 24 faizdən başlayaraq, 2000 manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Bundan başqa, bankın randevu xidmətinin (bankda əvvəlcədən görüş təyinetmə - növbəsiz xidmət) üstünlüklərindən faydalanmaqla filiallarda növbəsiz xidmət almaq mümkündür.

"Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.