İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"nın bəzi filial və şöbələri bayram günlərində müştərilərə xidmət göstərəcək

Bakı, 18 mart, AZƏRTAC

Müştərilərə bank xidmətlərindən istifadə imkanının yaradılması üçün "Azərbaycan Beynəlxalq Bankı"nın Bakı şəhərindəki bəzi filial və şöbələri Novruz bayramı ərəfəsində və bayram günlərində də çalışacaq.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Beynəlxalq Bankı"nın Heydər Əliyev Beynəlxalq Aeroportunda və İzmir küçəsi 1033 ünvanında yerləşən mübadilə məntəqələri martın 18-26-da 24 saat fasiləsiz rejimdə işləyəcək. Müştərilər martın 23, 24, 25-də saat 09.30-dan 17.00-a qədər bankın "Mərkəzi" (Z.Tağıyev küçəsi 3), "Nəsimi" (28 May küçəsi 21A) və "Səbail" filiallarında (Bakı şəhəri, Tolstoy küçəsi 191) da xarici valyuta mübadiləsi əməliyyatını həyata keçirə biləcəklər. Bankın 1, 2 və 3 saylı "ASAN xidmət" məntəqələrindəki şöbələri isə martın 18-19-da bir çox imkanlarla müştərilərin xidmətində olacaq.

Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.