İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"nın korporativ müştəriləri üçün yeni imkan

Bakı, 19 may, AZƏRTAC

“Azərbaycan Beynəlxalq Bankı” öz korporativ müştəriləri üçün daha bir imkan yaradıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, korporativ müştərilərin İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilərək, sistemə əməkhaqqı faylının yüklənməsi funksiyası da əlavə olunub. Bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əməkhaqlarının fərdi kart hesablarına köçürülməsi əməliyyatlarını indi daha uyğun, rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Bu funksiya əməkdaşların əməkhaqlarının ödənişi, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir.

Bankın həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.

Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.