İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı"nın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb
Bakı, 12 fevral, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb. Ümumi yığıncaqda "Azərbaycan Beynəlxalq Bankı"nın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.
Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]