İQTİSADİYYAT
"Azərbaycan İpoteka Fondu"nun 50 milyon manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsinə başlanılır
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı Fond Birjası QSC-də "Azərbaycan İpoteka Fondu" ASC-nin 10 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.
"Azərbaycan İpoteka Fondu" ASC-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazlar nominal dəyərlə satışa çıxarılacaq.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti ötən il noyabrın 21-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.