İQTİSADİYYAT


"Azərbaycan İpoteka Fondu"nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC–nin (AİF) AZ2013008688 dövlət qeydiyyat nömrəli, adlı, sənədsiz, faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan həcm (nominal qiymətlə) 15 milyon manat, bir istiqrazların nominal qiyməti 1000 manat, istiqrazlar üzrə gəlirlilik 3 faiz, istiqrazların tədavül müddəti 3600 gündür.

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1001.17 manat təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.