İQTİSADİYYAT


"Azərbaycan İqtisadi İslahatlar İcmalı"nın aprel buraxılışı yayımlanıb

Bakı, 10 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Azərbaycan İqtisadi İslahatlar İcmalı" adlı (Azerbaijan Economic Reforms Review) jurnalının növbəti buraxılışının onlayn yayımını həyata keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aprel buraxılışında oxucular ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafi ilə əlaqədar əlavə tədbirlər haqqında mövzular ilə ətraflı tanış ola bilərlər.

Qeyd edək ki, üç dildə nəşr olunan jurnalın auditoriya kütləsi həm yerli, həm xarici sahibkarlara, eyni zamanda biznes dairələrinə, akademik qurumlara, təhsil müəssisələrinə ünvanlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.