RƏSMİ SƏNƏDLƏR
"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respubli-kasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il iyulun 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası-nın Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazir-liyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında İran İslam Respublikasının Hökumətini xəbərdar et-sin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 fevral 2003-cü il.