Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il avqustun 27-də Vilnüs şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, buSərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərənca-mın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlət-daxili prosedurların yerinə yetirilməsi haqqında Litva Respublikasını xəbərdar et-sin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 fevral 2003-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin