CƏMİYYƏT


"Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində sonuncu seçim turuna start verilib

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də "İrəli" İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın İntellektual BİRincisi" layihəsi üzrə Bakının 11 rayonundan gənc intellektualların iştirakı ilə sonuncu - paytaxt seçim turuna start verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimindən sonra dörd intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") üzrə yarışlar keçirilib. Yarışlarda qalib gələn komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, ötən il Azərbaycan Gəncləri Günü ərəfəsində Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə intellektual oyunların və televiziya proqramlarının gənclərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdi. Bunu nəzərə alaraq, "İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, onların intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkə daxilində bir neçə yarışın vahid turnir çərçivəsində təşkili istiqamətində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsini icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.