REGİONLAR


"Azərbaycanın İntellektual BİRincisi" layihəsinin sonuncu regional turniri Tərtərdə başa çatıb

Tərtər, 10 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin sonuncu regional turniri Tərtərdə başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Tərtər, Ağdam və Beyləqan rayonlarının gənc intellektualları iştirak ediblər.

Turnir 4 intellektual oyun üzrə ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") keçirilib. Regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Beyləqan rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyununda Tərtər rayonu, "Vətəni Tanı" intellektual oyununda Ağdam rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.