MƏDƏNİYYƏT


"Azərbaycanın musiqi xəzinəsi" kitabı təkmilləşdirilmiş şəkildə yenidən çap olunub

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, musiqişünas Firidun Şuşinskinin S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilməklə hazırladığı "Azərbaycanın musiqi xəzinəsi" adlı əsəri əvvəlki nəşrlərdən fərqli olaraq təkmilləşdirilmiş şəkildə yenidən geniş oxucu kütləsinə təqdim edilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, kitabdakı yeni materialları toplayan, tərtib edən, nəşrə hazırlayan və “Ön söz”ün müəllifi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənandır. A.Kənan müəllifi olduğu digər araşdırmalarında, yazdığı kitablarda olduğu kimi, bu əsərində də mövzuya uyğun yeni sənədləri üzə çıxarmağı bacarıb. Bu əsərdə xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir.

Kitabda Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Şəkili Ələsgər, Zabul Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, oxuculara məlum olmayan neçə-neçə sənətkar haqqında da qiymətli məlumatlar toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.