Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

"Azəristiliktəchizat"ın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Bakı, 1 avqust, AZƏRTAC

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2015-ci il aprelin 1-dən bu il yanvarın 1-dək olan dövrdə "Azəristiliktəchizat" ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatını təsdiq edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nizamnaməsinə uyğun olaraq cəmiyyət 2015-2016-cı illər istilik mövsümündə 535 qazanxana istismar edilməklə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekt istiliklə təmin edib. Auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub.

Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb, cəmiyyətin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə tələbatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 kvadratmetr yaşayış sahəsi, 1 kubmetr isidilən həcm və 1 kubmetr isti su) istehsal və satış maya dəyəri müəyyən edilməyib və cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərin tərkibinə aid edilib.

2015-ci ildə cəmiyyətin gəlir və xərclər smetasının icrasına və maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından faktiki gəlirləri (mədaxil) ƏDV-siz 8109,0 min manat, faktiki xərcləri 46148,2 min manat (o cümlədən, 45702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10839,2 min manat, faktiki xərcləri 50243,3 min manat (o cümlədən, 49699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404,1 min manat təşkil edib, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730,2 min manat artdığı halda, xərclər 4095,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artıb, nəticədə cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364,9 min manat və ya 3,6 faiz artıb.

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 kvadratmetr yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib, cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68 faiz və 2016-cı ildə 11,95 faiz miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6 faiz miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.

Cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmayıb, maliyyə hesabatları və izahlı qeydlər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına tam uyğun tərtib edilib, cəmiyyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi və hesab sahələri üzrə uçotun aparılması barədə prosedurlar hazırlanmayıb, Maliyyə Nazirliyinin təsdiq etdiyi "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları"na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmayıb, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməyib.

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirinin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə "Azəristiliktəchizat" ASC-yə Kollegiya Qərarının surəti və müvafiq təqdimat göndərilib.

Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilib.

Qeyd edək ki, məlumat "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb