İQTİSADİYYAT


"Azersun Holding" gələn il Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaq niyyətindədir

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

"Azersun Holding" 2017-ci ildə Yaponiya və Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş direktoru Savaş Uzan deyib.

“Biz məhsullarımızı dünyanın 37 ölkəsinə ixrac edirik. Şirkətin Almaniya və ABŞ-da ofisləri mövcuddur, Tailandda ciddi fəaliyyət göstəririk. Gələn il Yaponiyada keçiriləcək sərgidə iştirak etməyi planlaşdırırıq. Bu bazar bizə çox maraqlıdır. Biz, eyni zamanda, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin, Fars Körfəzi ölkələrinin bazarlarına çıxmaqda maraqlıyıq", - deyə S.Uzan qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.