İQTİSADİYYAT


"Azexport" “The Global Engagement of Agriculture and Technology” sərgisinə dəvət alıb

Bakı, 20 may, AZƏRTAC

Türkiyənin kənd təsərrüfatı üzrə təşkil olunan sərgilərindən ən çox ziyarətçi cəlb etməsi ilə seçilən “Growtech Euroasia” şirkətinin direktoru Engin Er "Azexport" portalının və Elektron Ticarət Qovşağının fəaliyyətini yaxşı təcrübə hesab edərək, bu ilin noyabrında Antalyada keçiriləçək “The Global Engagement of Agriculture and Technology” sərgisində portalı qonaq qismində iştiraka dəvət edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib ki, qeyd olunan sərgidə 85-dən artıq ölkədən olan 800–dək aparıcı şirkətlərin stendlərinin 85 mindən artıq ziyarətçisinin olacağı gözlənilir.

Qeyd edək ki, "Azexport" portalı Bakı Ekspo Mərkəzində təşkil olunan “World Food Azerbaijan/CaspianAgro 2017” sərgisində yüksək səviyyədə təmsil olunub. Sərgidə yerli şirkətlərlə yanaşı, Rusiya, İtaliya, Türkiyə, İran, Hindistan, Qazaxıstan, Yunanıstan və Niderland Krallığından olan şirkətlərə "Azexport" portalının fəaliyyəti və nailiyyətləri barədə məlumatlar təqdim olunub. Portalın fəaliyyəti haqqında məlumatlandırılan xarici şirkətlər portalla sıx əlaqələr qurmağa hazır olduqlarını bildiriblər.

Portalın “Səyyar Xidmət Mərkəzi”nin ziyarətçiləri sırasında dünyanın 46 ölkəsində nümayəndəliyi və 270-dən artıq xidmət mərkəzi olan ixracdan əvvəl inspeksiya xidmətləri göstərən TUV AUSTRİA şirkətinin direktoru Mustafa Percincek də olub. "Azexport" haqqında ətraflı məlumat alan Mustafa Percincek şirkətin portalla ən qısa zamanda əməkdaşlığa başlamaqda maraqlı olduqlarını bildirib.

Regionun önəmli kənd təsərrüfatı tədbiri hesab olunan və 3 gün davam edən sərgidə 28 ölkədən 331 şirkət təmsil olunub. Sərgidə Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan, Ukrayna ilə yanaşı Azərbaycanın çoxsaylı yerli şirkətləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.