İQTİSADİYYAT
"Azexport.az"a daxil olan sifarişlərin 10 faizi Ukraynanın payına düşür
Bakı, 22 iyun, AZƏRTAC
Bu ilin 5 ayı ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin 10 faizə yaxın hissəsi Ukraynanın payına düşüb.
AZƏRTAC bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın iyun ayı üçün sayına istinadla xəbər verir.
Ukraynalılar Azərbaycanın nar şirəsinə, konyakına, fasad boyasına, tütününə, şərabına və digər məhsullarına maraq göstəriblər. Ukraynadan daxil olan ixrac sifarişlərini təhlil edəndə aydın olur ki, bu ölkənin ixracatçı şirkətləri Yaxın Şərqdən toyuq əti, kərə yağı, tibbi tənzif, yataq dəsti, quru süd, toyuq filesi və s. mallar üzrə aldıqları ixrac sifarişlərini qarşılamaq üçün Azərbaycan istehsalı olan mallara da müraciət ediblər.
Bu isə onu göstərir ki, bir çox Azərbaycan məhsulu artıq rəqabətqabiliyyətlidir və hətta xarici ticarətçilər onu Azərbaycandan alıb 3-cü ölkəyə satmağa maraqlıdırlar.