DÜNYA


"BRICS" ölkələri 10 milyard dollarlıq istiqraz fondu yaradır

Bakı, 19 iyun, AZƏRTAC

"BRICS" ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) maliyyə nazirləri 10 milyard ABŞ dolları həcmində dövlət istiqraz fondunun yaradılması barədə razılığa gəliblər.

AZƏRTAC "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "BRICS" ölkələri maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin Şanxay görüşünün yekunları ilə bağlı açıqlamasında deyib.

"Rusiyanın аondda payı 18 faiz olacaq. Fond "BRICS" ölkələrinin istiqraz bazarlarını dəstəkləmək üçün yaradılır. Fond daha çox borc bazarı zəif olan ölkələr üçün sığorta mexanizmi rolunu oynayacaq", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.