İQTİSADİYYAT
"Bakcell" Bakı-Sumqayıt dəmir yolu xəttini internetlə təmin edib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti Bakı-Sumqayıt dəmir yolu xəttini "wi-fi" şəbəkəsi ilə təmin edib.
AZƏRTAC xəbər verir ki, “Bakcell”in baş satış direktoru Fedja Hadzic bildirib ki, hazırda gündəlik olaraq Bakıdan Sumqayıta və geriyə qayıdan sərnişinlər qatardan istifadə edərkən "wi-fi"dan yararlana bilirlər. “Bizim məqsədimiz telekommunikasiya sahəsində tutduğumuz aparıcı mövqeyimizi qoruyub saxlamaqda davam etməkdir. Müştərilərimizə daha yaxşı və daha yüksək səviyyəli xidmətlər göstərə bilmək üçün biz əməliyyatlarımıza daim investisiyalar yatırırıq. Yaxın zamanlarda yeni məhsullarımızı bazara çıxarmağı planlaşdırırıq”, - deyə “Bakcell”in baş satış direktoru bildirib.
F.Hadzic qeyd edib ki, şirkətin korporativ abunəçilərinin mobil internetə tələbatı daim artır: “Bununla əlaqədar olaraq yaxın gələcəkdə istifadəyə veriləcək yeni məhsullarımız əsasən təqdim etdiyimiz yüksək sürətli 4G xidməti ilə bağlı olacaq”.