İDMAN


"Bakı-2017": Voleybol yarışlarının beşinci günü Türkiyə yığmalarının qələbələri ilə əlamətdar olub

Bakı, 16 may, P.Rəhimova, A.İsmayılova AZƏRTAC 

Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının beşinci gününün oyunları keçirilib.

Günün sonuncu qarşılaşması “A” qrupunda yer alan Qətər və Səudiyyə Ərəbistanının kişilərdən ibarət milli komandaları arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, bu görüşdə Qətər millisi rəqibini 3:1 hesabı ilə (25:16, 25:23, 21:25, 25:23) məğlubiyyətə uğradıb.

Günün ilk oyununda Türkiyə və Pakistanın kişilərdən ibarət yığma komandaları qarşılaşıb.

Oyuna fəal başlayan Türkiyə birinci setdə üstünlüyü ələ alıb – 25:17. İkinci setdə 25:23 hesabı ilə üstün olan pakistanlı idmançılar hesabı bərabərləşdiriblər. Türkiyə millisi üçüncü seti (26:24) çətinliklə də olsa öz xeyrinə başa vurub və hesabda önə çıxıb. Pakistan təmsilçiləri dördüncü setdə (25:22) hesaba yenidən tarazlıq gətiriblər – 25:22. Tay-brekdə (15:11) rəqibindən üstün olan Türkiyə millisi oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Türkmənistan kollektivi də bu tur qələbəyə sevinib. Türkmənlər Fələstin kollektivini hər üç setdə asanlıqla məğlub ediblər.

Günün digər oyununda Türkiyənin qadın millisi ilə Qırğızıstan yığması ilə üz-üzə gəlib. Türkiyəli voleybolçular bu görüşdə çətinlik çəkməyiblər və Qırğızıstan millisi böyük hesablı məğlubiyyətlə barışmalı olub – 0:3 (10:25, 11:25, 11:25).

Qeyd edək ki, mayın 16-da “Baku Crystall Hall"da günün birinci görüşündə kişilər komandaların yarışında İran ilə Mərakeş yığmaları üz-üzə gələcək.

Axşam sessiyasında - saat 19.00-da isə kişilərdən ibarət Azərbaycan və Fələstin milliləri qarşılaşacaq.

Günə Qırğızıstan ilə Tacikistanın qadın komandalarının görüşü ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.