İQTİSADİYYAT


"Bank BTB"dən SOCAR-ın əməkdaşlarına komissiyasız kredit

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

"Bank BTB" 20 sentyabr - Neftçilər günü ilə əlaqədar olaraq güzəştli kredit kampaniyasına start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, sentyabr ayının 20-dən oktyabrın 20-dək bir ay müddətində SOCAR-ın bütün əməkdaşları "Nağd pul" krediti məhsulunu sərfəli şərtlərlə ala bilərlər. Kampaniya müddətində "Nağd pul" istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 manatdır. Güzəştli və zaminsiz "Nağd pul" kreditini "Bank BTB"nin baş ofisindən və bütün filiallarından almaq olar.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.