İQTİSADİYYAT


"Bank BTB"dən Sərhəd Qoşunları və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün kampaniya

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

"Bank BTB" avqustun 15-dən sentyabrın 15-dək Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları və təqaüdçüləri üçün peşə bayramları münasibətilə güzəştli "Nağd pul" kredit kampaniyası keçirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya müddətində "Nağd pul" istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3 min manat ekvivalentinədək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək verilir. Kreditin maksimal məbləği 5 min manatdır. Güzəştli və zaminsiz "Nağd pul" kreditini bank BTB-nin baş ofisindən və bütün filiallarında almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.