İQTİSADİYYAT
"Bank Respublika" nizamnamə kapitalını artırıb
Bakı, 26 sentyabr, AZƏRTAC
"Bank Respublika" ASC-də səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının 20 milyon manat artırılmasına dair qərar qəbul olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu qərar əsasında səhmlərin alınması məqsədilə bankın mövcud səhmdarları tərəfindən Milli Depozit Mərkəzinə 20 milyon manat köçürülüb. Bu artımla bankın nizamnamə kapitalı 57,5 milyon manata çatdırılıb.
Kapitalın artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib. Bu, bankın dayanıqlı inkişafını təmin edərək əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək. Kapitalın gücləndirilməsi, həmçinin əsas inkişaf sahələrindən biri olan korporativ bankçılıq sahəsində daha da geniş işin aparılmasına imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]