İQTİSADİYYAT


"Bank Respublika" plastik kartlar üzrə yeni limit tətbiq edib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

"Bank Respublika" plastik kart xidmətlərindən xaricdə istifadə edən müştərilərin əməliyyatlarının normal qaydada icrasını təmin etmək məqsədilə yeni limit tətbiq edib.

AZƏRTAC banka istinadla xəbər verir ki, bu gündən etibarən "Bank Respublika"nın kartları vasitəsilə milli valyutanın xarici valyutaya mübadiləsi aparılan ölkədaxili bütün əməliyyatların keçirilməsi dayandırılacaq: AZN valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatları; xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit); AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code); AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları; digər bankların kartlarından "Bank Respublika"nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card).

Limit və tariflər üzrə növbəti dəyişikliklər haqqında bank tərəfindən məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.