İQTİSADİYYAT


"Bank Standard" yeni təcrübə proqramı elan edir

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

"Bank Standard" Kommersiya Bankı (KB) ali məktəbi yeni bitirən, iqtisadi, texniki, riyazi təhsilli, bank sektorunda çalışmaq istəyən, lakin təcrübəsi olmayan şəxslər üçün təcrübə proqramı elan edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramı çərçivəsində aparılan seçim zamanı gülərüz, xoş görünüşlü, yaşı 25-dək olan şəxslərə üstünlük veriləcək. Bir neçə xarici dil biliyinin olması namizəd üçün əlavə üstünlük hesab olunacaq. Təcrübə proqramını uğurla başa çatdıran namizədlər "Bank Standard" KB-də işlə təmin olunacaqlar.

Təcrübə proqramı çərçivəsində namizədlər müştərilərlə ünsiyyətdə olacaq, pərakəndə müştərilərə xidmət üzrə fəaliyyət göstərəcək, bir sıra bank əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.