İQTİSADİYYAT


"Bank Standard"da ümumi əmanətlərin məbləği 520 milyon manat olub

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Lisenziyası ləğv olunan "Bank Standard" Kommersiya Bankında ümumi əmanətlərin məbləği 520 milyon manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı sentyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

"Bunun 460 milyon manatını qorunan əmanətlər təşkil edib. Qorunan əmanətlərin 38 milyon manatı milli valyutada, 260 milyonu isə müxtəlif xarici valyutada yerləşdirilib. Bankda əmanət hesabı olan fiziki şəxslərin sayı 260 mindən çox olsa da, indiyədək onların əksəriyyətinin pulu qaytarılıb. Hazırda sözügedən qorunan məbləğdə kompensasiya alacaq əmanətçilərin sayı 40 minə yaxındır", - deyə R.Aslanlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.