İQTİSADİYYAT


"Bank VTB (Azərbaycan)" kart balansının ani yenilənmə sxemini tətbiq edib

A+ A

Bakı, 28 avqust, AZƏRTAC

"Bank VTB (Azərbaycan)" kart balansının onlayn-yenilənmə sistemini tətbiq edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yenilik sayəsində kart hesabı üzrə həyata keçirilən bütün əməliyyatlar kartın balansında dərhal əks olunacaq. Bu texnologiyanın tətbiqindən əvvəl kart hesabının yenilənməsi üçün bir neçə saat vaxt tələb olunurdu. Onlayn-yenilənmə sistemi mədaxil zamanı gözləmə müddətini minimuma endirib. İndi bank kartlarına pul köçürüldükdə əməliyyat ani həyata keçir və nəticədə bir neçə dəqiqədən sonra kart sahibi daxil olan vəsaitlərdən istifadə etmək imkanı qazanır.

Ani yenilənmə sxeminin tətbiqi "Bank VTB (Azərbaycan)"ın plastik kartlar biznesinin inkişaf etdirilməsi istiqamətində növbəti yeniliyidir. Bank müştərilərini müasir və effektiv məhsullarla təmin etmək məqsədilə qabaqcıl texnologiyaların tətbiqi siyasətini gələcəkdə də davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.