İQTİSADİYYAT
"Bank VTB (Azərbaycan)" müştərilərinə güzəştli tariflər təklif edir
Bakı, 6 may, AZƏRTAC
"Bank VTB (Azərbaycan)" hesablaşma-kassa xidmətləri üzrə güzəştli tariflər təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu təklif yalnız "Bank VTB (Azərbaycan)"ın deyil, eləcə də VTB qrupun güzəştli şəbəkəsinə daxil olan bankların müştərilərinə aid edilir. Güzəştli şəbəkəyə "VTB (Azərbaycan)", "VTB (Gürcüstan)", "VTB (Ukrayna)", "VTB (Qazaxıstan)", "VTB (Belarus)", həmçinin Rusiyadakı "VTB24", "Moskva bank" və "Poçt bank" daxildir.
Güzəştli tariflərə əsasən, VTB qrupa aid digər banklardan "Bank VTB (Azərbaycan)"a pul köçürüldükdə komissiya köçürülən məbləğin cəmi 0,3-0,5 faizini təşkil edir. Bu halda komissiyanın minimal məbləği 1 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 100 rubl, maksimal məbləği isə 500 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 5000 rubl təşkil edir. Vəsaitin hesaba köçürülməsi tarifi isə köçürmənin maksimum 0,2 faizini təşkil edir.