İQTİSADİYYAT
"Bank of Baku" Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır
Bakı, 27 iyul, AZƏRTAC
"Sizə Yaxın Bankçılıq" şüarı ilə hər zaman müştərilərinə üstün xidmət göstərən və onlar üçün daima yeniliklərə imza atan "Bank of Baku" bu dəfə müştərilərini uzaq "xəyallar şəhəri" Nyu-Yorka göndərir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Bank of Baku" bu yay "GƏLİİİR" şüarı altında müştərilərinə özəl silsilə kampaniya və sürpriz yeniliklərini elan etməkdə davam edir.
Müştərilərin sevincinə səbəb olacaq bu silsilənin ən möhtəşəmi "Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan" adlı kampaniyasıdır.
İyulun 24-dən sentyabrın 17-dək keçirilən kampaniyada Bolkart debet və Bolkart kredit kart sahibləri iştirak edə bilər. Kampaniya Bolkart kartları ilə həm ölkədaxili, həm də ölkə xaricində edilən bütün ödənişlərə şamil edilir. Şərtlərə əsasən kampaniya dövründə minimum 20 manatlıq (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlı qalib olacaq.
Kampaniyanın yekununda əsas qalibin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də təyin olunaraq hədiyyə ilə mükafatlandırılacaqlar.
-Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 Bolkartlıya (20 manat dəyərində əməliyyatların sayı həftə ərzində minimum 3 dəfə olmaq) - Bolkart Gold/Bolkart Diamond + 100 manat Bal;
-Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan Bolkartlıya (20 manat dəyərində əməliyyatların sayı ay ərzində minimum 5 dəfə olmaq) Fotoaparat;
-Ümumi kampaniya dövründə yuxarıdakı şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə Nyu-Yorka 2 nəfərlik səyahət paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) hədiyyə olunacaq.
Qeyd edək ki, şərtlərə əsasən, iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olduqda, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq.
Kampaniyada bankın əməkdaşları və onların birinci dərəcəli qohumları iştirak etmir.
"Bank of Baku"nun "Gəliiir" şüarı altında keçirdiyi bu və digər kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə https://www.facebook.com/Bolkart/ müraciət etməklə almaq olar.
Daha ətraflı:
145 məlumat mərkəzi