İQTİSADİYYAT


"Bank of Baku" gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Bakı, 16 may, AZƏRTAC

"Bank of Baku" ölkəmizdə ilk dəfə təşkil olunan "Bakı 2017" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın aşağıdakı ünvanlarda fəaliyyət göstərən 3 filialı həm müştərilərin, həm də xarici ölkə vətəndaşlarına mayın 22-dək yeni iş rejimində xidmət göstərəcək:

- "Azneft" filialı – Bakı şəhəri, Neftçilər prospekti 65; Tel.: (+994 12) 145

- "Səməd Vurğun" filialı – Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14; Tel.: (+994 12) 145

-"Neftçilər" filialı – Bakı şəhəri, Q.Qarayev prospekti 59; Tel.: (+994 12) 145

Qeyd olunan filialların iş qrafiki:

Həftəiçi 5 gün saat 09:00-dan 21:00-dək (nahar fasiləsi 13:00-14:00);

Şənbə günləri saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 14:00-15:00);

Bazar günləri isə saat 10:00-dan 21:00-dək (nahar fasiləsi 15:00-16:00).

Qeyd edək ki, filiallarda bazar ertəsi – cümə günü 17:00-dan sonra, həmçinin şənbə və bazar günləri saat 10:00-dan 21:00-dək yalnız valyuta mübadiləsi əməliyyatları aparılacaq.

"Bank of Baku"nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaq olar.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.