İQTİSADİYYAT


"Bank of Baku" kapitalını 91 milyon manat artırır

Bakı, 23 iyun, AZƏRTAC

"Bank of Baku" kapitalını 91 milyon manat artırır.

Bankdan AZƏRTAC-a bildiriblər ki, iyunun 23-də "Bank of Baku"nun səhmdarlarının ümumi yığıncağının növbəti iclasında bankın cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq mühüm qərarlar qəbul olunub.

İclasda qəbul edilən əsas qərarlardan biri bankın kapitalının 91 milyon manat həcmində artırılmasından ibarətdir. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bu qərarın icrası ilə "Bank of Baku"nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.

Daha ətraflı: 145 məlumat mərkəzi www.bankofbaku.com  www.facebook.com/bankofbaku 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.