İQTİSADİYYAT


"Bank of Baku"dan "VIP" müştərilər üçün yeni kampaniya

A+ A

Bakı, 01 iyul, AZƏRTAC

"Bank of Baku" xaricə səfər etməyi planlaşdıran "VIP" müştərilər üçün yeni kampaniyaya start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, iyunun 30-dan iyulun 8-dək davam edəcək kampaniya çərçivəsində müştərilər banka uçuş biletini və ya turizm şirkətlərindən əldə etdikləri səyahət paketini təsdiq edən sənədi təqdim etməklə "Bolkart Gold" kredit və ya debet kartını pulsuz, "Bolkart Diamond" kredit və ya debet kartını isə 50 faiz endirimlə ala biləcəklər. "Bolkart" debet kartlarının təkcə AZN valyutasında deyil, USD və EUR valyutalarında da rəsmiləşdirilməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.