İQTİSADİYYAT


"Bank of Baku"dan məktəblilər üçün yeni "Əlaçı" kampaniyası

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

"Bank of Baku", 2016-2017-ci tədris ilinə hazırlaşan məktəblilər üçün yeni "Əlaçı" kampaniyasına start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Yeni dərs ilinə əlaçı" şüarı altında keçirilən kampaniya bolkartlı valideynlərə övladları üçün məktəb bazarlıqlarını daha rahat və sərfəli şərtlərlə etmək imkanı verir. Kampaniyadan həm "1 aya ödə", həm də "3 və ya 6 aya ödə" opsiyaları üzrə alış-veriş edən bolkartlılar faydalana biləcəklər. Həmçinin bolkartlılar "1 aya ödə" tərəfdaş mağazalarında etdikləri alış-verişin dəyərini 2 ay sonra, yəni sentyabrdakı məktəb bazarlıqlarının xərcini noyabrda ödəyəcəklər. "3 və ya 6 aya ödə" tərəfdaş mağazalarında alış-verişin ödənişinə isə +1 ay hədiyyə qazanacaqlar. Bununla da, 3 aylıq tərəfdaş mağazalarda edilən alış-verişin xərcini 4 aya, 6 aylıq tərəfdaşlarda isə dəyərini 7 aya ödəyə biləcəklər.

Sentyabrın 15-dək keçirilən kampaniya "Bolkart"ın dəftərxana ləvazimatları, supermarket və seçilmiş uşaq geyim mağazalarında keçərlidir.

Maraqlananlar "Bolkart2 kredit və debet kartları, həmçinin ən son kampaniyalar haqqında daha ətraflı məlumatla http://www.bolkart.az/ internet ünvanından tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.