REGİONLAR


"BirKart" artıq Gəncədə

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

"Kapital Bank"ın "BirKart" məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər. Maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərin bankın "Gəncə" və "Kəpəz" filiallarına yaxınlaşıb "BirKart"ı götürmək imkanı var.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "BirKart" müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan "BirKart" 36 ay müddətə verilir. Balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəşt müddəti ilə, bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.