İQTİSADİYYAT
"Böhrandan əvvəl PR və kommunikasiya" mövzusunda təlim keçiriləcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da "Excelsior Hotel & Spa Baku" otelinin dəstəyi, "Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası" İctimai Birliyinin (Azerbaijan Public Relations Association - APRA) təşkilatçılığı ilə ictimaiyyətlə əlaqələr (PR - public relations) mütəxəssisləri üçün "Böhrandan əvvəl PR və kommunikasiya" mövzusunda təlim keçiriləcək.
"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, təlim ABŞ-ın "University of Maryland" Universitetinin məzunu, "PreMark PR" və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılacaq. Təlimdə "Böhran zamanı düzgün kommunikasiya", "Böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları", "Mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar", "Böhrandan sonrakı fəaliyyət planı" və "Nüfuzun bərpası" mövzuları müzakirə olunacaq.
Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər [email protected] ünvanına müraciət edə bilərlər. İştirak ödənişsizdir. Qeydiyyat sentyabrın 27-dəkdir.