Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

"Britaniya dilemması": qlobal siyasət üçün mürəkkəb problem

Avropada böyük səs-küy var. Britaniyalıların Avropa İttifaqını tərk etməyə səs verməsi bütün nəzəri və siyasi analizləri alt-üst edib. Sosioloqlar belə Qərb cəmiyyətlərində gedən real proseslərin dəqiq mənzərəsini yarada bilməyiblər və proqnozları boşa çıxıb. Mütəxəssislər bunu indi açıq yazırlar (bax: məs., Фёдор Лукьянов. Выход есть. Что означают итоги "Брексита" для Лондона, Евросоюза и мировой политики / "globalaffairs.ru", 24 iyun 2016).

KİV isə bütün diqqətini demək olar ki, bir suala cavab axtarmağa yönəldib – bundan sonra nə olacaq? Etiraf edək ki, Qərbdə bu suala cavab axtarışı səmərəli məşğuliyyətə oxşamır. Çünki Britaniyanın İttifaqı tərk etməsinə qədərki vəziyyəti lazımi səviyyədə analiz olunsaydı, indi yuxarıdakı sualı qoymağa ehtiyac qalmazdı.

Hər şey bitəndən sonra analitiklər, ekspertlər və mütəxəssislər çoxlu sayda səbəb göstərirlər. Siyasi, iqtisadi, sosioloji, mədəni, ekoloji, hərbi və sair amillərin britaniyalıların qərarına təsir etdiyini yazırlar. Bəs bütün bunları "nüfuzlu Qərb analitikləri və alimləri" bilmirdilər?

Hətta siyasilər belə özlərini şoka düşmüş kimi aparırlar. Axı, Qərbin "çoxbilmiş" liderləri başqa dövlətlərə ağıl öyrətməyə çalışırlar, özlərini hər şeyi daha doğru bilən siyasi xadimlər kimi göstərirlər. Nə oldu? Burnunuzun ucunda, qulağınızın dibində britaniyalı seçicinin əhval-ruhiyyəsindən xəbərsiz idiniz və indi heyrətlə "belə olmaz" deyirsiniz?!

Ekspertlər yazırlar ki, D.Kemeron öz partiyasında avroskeptikləri nəzarət altına almaq üçün referendum oyununa getdi, ancaq "ölkənin gələcək taleyini qumara qoydu" (bax: Philip Stephens. Brexit: a vote that changes everything / "The Financial Times", 24 iyun 2016).

Əslində, Britaniya üçün hadisələr xeyli öncə başlayıb. Hələ 1973-cü ildən bu ölkənin Aİ-dən çıxması məsələsi qaldırılıbmış. Onu deyək ki, bu təşkilat yaradılarkən, Şarl dö Qoll ingilisləri quruma daxil etməməkdə israrlı olub. Fransanın xilaskarının fikrincə, Böyük Britaniya tarixi iddiası ilə Aİ-yə uyğun gəlmir. Lakin o zaman Qərb üçün "alman məsələsi"ni həll etmək daha vacib idi və bunu Londonsuz etmək mümkün deyildi.

Görünür, Ş.de Qoll haqlı imiş, çünki hələ Britaniya Aİ-yə daxil olduğu 1973-cü ildən onun təşkilatı tərk etməsi haqqında danışıldı. Bu israrın nəticəsidir ki, 1975-ci ilin iyun ayında Böyük Britaniyada referendum keçirildi və o zaman seçicilərin 67,2 faizi İttifaqda qalmağa tərəfdar oldu.

Maraqlıdır ki, İngiltərə Aİ-də xüsusi imtiyazlara malik ola-ola bu cür davranıb. London təşkilatın böyük inteqrasiya layihələrində iştirak etmir, Avrozonaya daxil deyil, Şengen sazişini imzalamayıb, miqrant məsələsində sərbəst davrana bilir və s. Bəs səbəb nədir?

Əvvəlcə onu qeyd edək ki, "Brexit"in lehinə səs verənlər 52 faiz təşkil edib. 48 faiz ölkənin Avropa İttifaqında qalmasına tərəfdar olub. Bundan əlavə, Uels və İngiltərədə təşkilatdan çıxmağı doğru sayanlar çox olub. Şotlandiya və Şimali İrlandiya isə Aİ-yə üzv olmağa səs veriblər. London başda olmaqla (burada seçicilərin 60 faizi Aİ-yə "hə" deyib) böyük şəhərlərdə insanlar Avropa İttifaqında qalmağı üstün sayıb, əyalətlərdə isə əksinə. Demoqrafik göstəriciyə görə, yaşlılar Aİ-də qalmağa "yox", gənclər isə "hə" cavabını veriblər.

Bunlardan mütəxəssislər aşağıdakı nəticələri çıxarırlar: Böyük Britaniya əhalisi qloballaşmaya ziddiyyətli münasibət göstərirlər – meqapolisdə həyatı daha komfort keçənlər bu prosesdən razıdırlar, əyalətlərdə isə əksinə; şəhərlə kənd arasında fərqlər hiss ediləcək dərəcədədir; ayrı-ayrı regionlarda ictimai rəy üst-üstə düşmür; yeni nəsil ingilislər daha çox avropalıdırlar ki, bu da ölkədə nəsillərarası fikir ayrılığının göstəricisidir.

Deməli, yekunda kəmiyyət baxımından fərqin elə də çox olmamasına baxmayaraq, Böyük Britaniya cəmiyyəti bölünüb, monolitliyini itirib. Bunun hansı nəticələr verə biləcəyi barədə ekspertlər ehtiyatla danışırlar. Mümkündür ki, Böyük Britaniyanın özü parçalansın – Şotlandiya və Şimali İrlandiya ayrıla bilərlər.

Lakin "Brexit"in təsiri yalnız bunlarla məhdudlaşmır. Artıq informasiyalar yayılır ki, digər ölkələr də eyni məzmunda referendum keçirə bilər. Onların sırasında Fransa, Hollandiya, Avstriya, Macarıstan, Finlandiyanın adı çəkilir (bax: СМИ сообщили о возможности выхода из ЕС еще пяти стран / "vzglyad.ru", 24 iyun 2016). Bəzi ekspertlər bu sıraya Almaniya və İtaliyanı da daxil edirlər. Bütün hallarda bir sıra siyasilərin dediyi kimi, "Aİ-də "domino effekti"nin yaranması" istisna edilmir.

Görünür, bu səbəbdəndir ki, Aİ-ni yaradan ölkələrin xarici işlər nazirləri Berlində toplaşaraq, Londonun çevik surətdə təşkilatdan çıxmasını tələb ediblər (bax: Главы МИД шести стран – основателей ЕС призвали Лондон поспешить / "Радио Свобода", 25 iyun 2016). Kansler A.Merkel bir qədər yumşaq davranmağı məsləhət bilsə də, nazirlər fikirlərindən dönməyiblər. Üstəlik, onlar Böyük Britaniyanın bir daha İttifaqa üzv olmasına qadağa qoyulmasını istəyiblər.

Bunların fonunda Vaşinqton və Tokio təəssüf hissi keçirdiklərini bildiriblər, eyni zamanda, britaniyalıların seçiminə hörmətlə yanaşdıqlarını da bəyanlayıblar. ABŞ Londonla ən yaxın əlaqələrə davam edəcəyini bildirib. Xarici ölkələrdən daha çox Rusiyanı "Brexit"in nəticəsinə təsir göstərməkdə qınayıblar. Bu barədə D.Kemeron və İngiltərənin xarici işlər naziri F.Hammond fikir bildiriblər (bax: Глава МИД Великобритании: Brexit принесет некоторое облегчение Путину / "EADaily", 24 iyun 2016).

ABŞ-ın Rusiyadakı keçmiş səfiri M.Makfol "Putin qalib gəldi" kimi ifadə işlədib (bax: Реакция на Brexit: страшный сон Европы и "победа Путина" / "vesti.ru", 24 iyun 2016). Amerikada prezidentliyə namizəd D.Tramp isə Britaniyanın aldığı qərarı alqışlayaraq "britaniyalılar ölkəni özlərinə qaytardılar", – deyib (bax: əvvəlki mənbəyə).

Rusiya prezidenti isə bütün bunları "siyasi naşılıq" kimi qiymətləndirib, eyni zamanda, Britaniyanın Aİ-ni tərk etməsinin bütün dünya siyasətinə təsir edəcəyini də vurğulayıb (bax: Чего ждать России после Brexit: Путин прокомментировал итоги референдума / "РИА Новости", 24 iyun 2016).

Yuxarıda qeyd edilənlər Avropanın müasir tarixində sözün həqiqi mənasında əhəmiyyətli hadisənin baş verdiyini göstərir. Böyük Britaniyanın Aİ-ni tərk etmək qərarı ölkə daxilində, Avropa qitəsində və bütövlükdə dünyada ciddi geosiyasi, iqtisadi, siyasi və ideoloji proseslərin getdiyini göstərir. Britaniyalılar gözlənilməz səs verməklə bu faktın real olduğunu hər kəsə anlatdılar. Nəticədə, Böyük Britaniyanın özü dövlət kimi yeniləşə, o cümlədən torpaqların bir hissəsi ondan ayrıla bilər. Bu da avtomatik olaraq Avropanın digər ölkələrində, məsələn, İspaniyada Kataloniya məsələsini aktuallaşdırar. Deməli, "Brexit" Avropada millətçi-separatist tendensiyaya yeni nəfəs verə bilər.

Başqa mühüm məqam ondan ibarətdir ki, Aİ-yə üzv olan digər ölkələrdə analoji proses başlaya bilər. Onlardan konkret hansının bu prosesə qoşula biləcəyini demək çətindir, ancaq bu, ümumi bir tendensiyadır. Bunun əyani təsdiqi kimi Aİ daxilində ciddi iqtisadi-maliyyə problemlərinin olmasını göstərmək olar. Vaşinqton İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin direktoru M.Vaybort "Brexit"in əsas səbəbinin yarım əsrdən çoxdur ki, Aİ-də aparılan yanlış siyasi və iqtisadi kurs olduğunu göstərib. Konkret olaraq, o, təşkilat daxilində "bir iqtisadi acizliyin olduğunu" deyib (bax: Эксперт: Brexit выявил в ЕС политику экономической беспомощности / "РИА Новости", 24 iyun 2016).

Nəhayət, ekspertlərə görə, Böyük Britaniyanın Aİ-dən çıxması qlobal siyasətdə əhəmiyyətli dəyişiklikliyə səbəb olar: birincisi, ABŞ-ın Avropaya təsiri yüksələ bilər; ikincisi, Rusiya Qərb siyasətində yeni manevr imkanları əldə edər; üçüncüsü, Çin Aİ ilə münasibətlərin inkişafı üçün əlavə şans qazanar; dördüncüsü, Türkiyə daha müstəqil siyasət yeritməyə tam haqqı olduğunu nümayiş etdirər. Ankara artıq özünün də Aİ ilə münasibətlərinə aid referendum keçirə biləcəyinə işarə verib.

Bütün bunlarla yanaşı, ən maraqlı və aktual məsələ Aİ-nin gələcək taleyi ilə bağlıdır. Şübhə yoxdur ki, təşkilat siyasi, iqtisadi və mədəniyyət aspektlərində yol ayrıcındadır. Lakin buradan onun hansı istiqamətdə gedəcəyi bəlli deyil. Ən vacib məsələ də məhz bundan ibarətdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək