CƏMİYYƏT


"CDB Bank" və "ASAN Radio" 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

"Caspian Development Bank" ASC ("CDB Bank") və "ASAN Radio" Qurban bayramı münasibətilə Bakı şəhər 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, 270-ə yaxın sakini olan müəssisədə nahar süfrəsi açılıb, incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunub.

"CDB Bank"ın ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Elşən Allahverdiyev tədbirin bank, eləcə də radio rəhbərliyi tərəfindən daim xüsusi sevgiyə ehtiyacı olan insanlara verilən diqqət, qayğı kimi dəyərləndirib: “Bu, "CDB Bank"ın "Asan Radio" ilə ilk layihəsi deyil. Gələcəkdə ənənəmizə sadiq qalaraq belə xeyriyyə tədbirlərinin keçirilməsini nəzərdə tuturuq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.