İQTİSADİYYAT


"CDB Bank"dan yeni "Payız fürsəti" kampaniyası

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

"CDB Bank" yeni "Payız fürsəti" kampaniyasına start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "CDB Bank" təqdim etdiyi "Tikdim ki, izim qala" əmanətinin gəlir faizlərini yüksəldib. İndi vətəndaşlar əmanətlərini illik 15 faizlə yerləşdirə bilərlər. Bu əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən 100 faiz sığortalanır. "Tikdim ki, izim qala" əmanətinin özəlliyi ondan ibarətdir ki, burada manatla yerləşdirilən əmanətlərin faizləri istəyə uyğun olaraq, hər ayın, ilin və ya əmanət müddətinin sonunda götürülə bilər. Bu əmanət sahibləri, həmçinin əmanət məbləğinin 90 faizi qədər kredit əldə etmək imkanı da qazanır.

Eyni zamanda, "CDB Bank" əmanət seyflərinin qiymətlərini minimuma endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.