CƏMİYYƏT


"Caspian Development Bank"dan Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

"Caspian Development Bank" (CDB) ASC Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, Bakının Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbində, Gəncə uşaq evində və Bərdədə Ramiz Musayev adına inklüziv təhsil komponentli günü uzadılmış tam orta məktəbdə baş tutan tədbirdə uşaqlara nahar süfrəsi təşkil edilib, Ramazan sovqatları paylanılıb. Şüvəlanda fiziki qüsurlu uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

Bankdan bildirilib ki, "CDB" Bank cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən müxtəlif xeyriyyə tədbirləri keçirilməsini daim diqqət mərkəzində saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.