İQTİSADİYYAT


"Caspian Drilling Company" şirkəti 20 illik yubileyini qeyd edib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

"Əsrin müqaviləsi" çərçivəsində 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "Caspian Drilling Company" şirkəti 20 illiyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev birgə müəssisə olaraq fəaliyyət göstərən şirkətin nailiyyətlərini neft-qaz yataqlarının işlənməsində ən stabil və yüksək standartlar tətbiq etməsi ilə əlaqələndirib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalandığı vaxt "Azəri-Çıraq-Günəşli" yataqlarında 511 milyon ton təsdiqlənmiş neft olduğunu, lakin aparılan kəşfiyyata əsasən yatağın daha zəngin neft-qaz ehtiyatlarına malik olduğunu bildiklərini deyib. Yataqdakı ehtiyatların təsdiqlənməsi isə "Caspian Drilling Company" şirkətinin qazdığı quyular hesabına baş verib, həmin yataqda daha 400 milyon ton neftin olması bildirilib. Şirkətin apardığı kəşfiyyat işləri nəticəsində "Şahdəniz" strukturunda 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon ton kondensat yatağı açılıb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell "Caspian Drilling Company"nin Xəzərdəki fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, şirkətin fəaliyyətinə üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət və texniki xidmətlərin göstərilməsi, eləcə də dəniz neft-qaz quyularının qazılması və təmiri işlərinin bütün mərhələlərində iştirak edilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.