İQTİSADİYYAT


"Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq" üzrə Ekspert Qrupunun üzvləri bank nümayəndələri ilə görüşüb

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq" üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri üçün Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri və mövcud bəyannamələrə dəyişikliklər, həmçinin vergi qanunvericiliyi ilə əlaqədar ünvanlanan bütün suallara aydınlıq gətirilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.