İQTİSADİYYAT


"Dəmir İnvestisiya Şirkəti" QSC-nin səhmlərinin emissiyasının yekunları haqqında hesabat təsdiq edilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "Dəmir İnvestisiya Şirkəti" QSC-nin AZ1001019731 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 10 min manat olan 23 ədəd səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.