DÜNYA


"Deutsche Bank" Avropa banklarının dəstəklənməsi üçün 150 milyard avro vəsait ayrılmasını təklif edir

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

"Deutsche Bank"ın baş iqtisadçısı Devid Folkerts Landau hesab edir ki, Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro vəsait ayırmaq lazımdır. Çünki Avropa maliyyə institutlarının kapitallaşdırılmaya ehtiyacı var.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, iqtisadçı bu barədə "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib. Mütəxəssisin sözlərinə görə, ABŞ 2008-ci ildə 100 milyard dollar dəyərində bank sektorunun sağlamlaşdırılması planını təqdim edib.

"İtaliya daha çox narahatlıq doğurur, burada vaxtı keçmiş kreditlərin həcmi 350 milyard avroya çatıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının cərimə faizləri Avropa maliyyə bazarına mənfi təsir edir, səhmlərin aşağı kursu isə yeni sərmayələrin cəlb edilməsini çətinləşdirir", - deyə iqtisadçı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.