Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

"Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında" qanun layihəsi ilə bağlı işçi qrupu səviyyəsində müzakirələr aparılıb

Bakı, 4 may, AZƏRTAC

Energetika Nazirliyində Avropa Komissiyasının "EU4Energy" proqramı çərçivəsində Enerji Xartiyası Katibliyi ilə birgə hazırlanan "Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında" qanun layihəsi ilə bağlı işçi qrupu səviyyəsində müzakirələr aparılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun ilk iclasında Enerji Xartiyası Katibliyi ilə yanaşı İqtisadiyyat, Ədliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, "Azərenerji" ASC, "Azərişıq" ASC "Azəristiliktəchizat" ASC, Dövlət Statistika və Dövlət Şəhərsalma və Arxitektura komitələrinin nümayəndələri iştirak edib.

Enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilik aktının MDB ölkələri arasında ilk dəfə Azərbaycanda qəbul olunduğunu xatırladan energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib ki, 1996-cı ildə qüvvəyə minmiş "Enerji resurslarından istifadə haqqında" qanunun işləkliyi bir sıra çatışmazlıqlar və uzun müddət enerjidən istifadə sahəsində səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanının olmaması səbəbindən təmin edilməyib.

Bildirilib ki, Energetika Nazirliyi yaradıldıqdan sonra qanunun icrası istiqamətində bir sıra tədbirlər görülüb, "Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması, habelə fondun vəsaitlərinin istifadə qaydaları", "Dövlət energetika ekspertizasının keçirilməsi qaydaları" işlənib hazırlanıb. Bununla belə mövcud qanunla enerji səmərəliliyi sahəsində müasir tələblərə cavab verən tədbirlərin həyata keçirilməsi mümkün deyil.

O, Rusiya Federasiyası, Qazaxıstan və Moldovada enerji səmərəliliyi ilə bağlı yeni qanunun qəbul olunduğunu və bu sahədə elmi tədqiqatların aparılması üçün mərkəzlərin yaradıldığını qeyd edərək, Belarus təcrübəsini məqbul hesab edib. Nazir müavini yeni qanunun qəbulunun enerji resurslarının istehsalı, təchizatı və istehlakına qədər bütün mərhələlərdə səmərəliliyi və effektivliyinin təmin edilməsinə imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, yeni qanun həm də Strateji Yol Xəritəsində əksini tapan hədəflərə çatmağa dəstək olacaq.

Avropa İttifaqının nümayəndəsi Erik Somoler Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlardan və müzakirələrdə enerji məsələsinə xüsusi diqqət yetirilməsindən bəhs edib. O, Avropanın enerji təchizatının bir ölkədən asılılığının doğurduğu çətinlikləri qeyd edərək, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi ilə layihənin daha böyük coğrafiyaya fayda gətirəcəyini bildirib.

Enerji səmərəliliyinin 20 il əvvəllə müqayisədə indi zərurətə çevrildiyini deyən Avropa İttifaqının nümayəndəsi yeni texnologiyaların tətbiqi ilə enerji səmərəliliyinin 5-ci yanacaq növü kimi müəyyənləşdiyini diqqətə çatdırıb.

"EU4Energy" layihəsinin koordinatoru xanım Bilyana Çobanova isə enerji səmərəliliyinin 1-ci yanacaq növü kimi qəbulunun tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, əgər ölkədə enerji səmərəliliyinə nail olunarsa, bu zaman topalanan enerjinin həcmi istehsal olunan neft, qaz və elektrik enerjisindən daha çox ola bilər. Yüksək texnologiyalardan istifadə etməklə enerji səmərəliliyi enerjidən istifadəni azaltmaqla, ixrac imkanlarını artırmaqla yanaşı iqlim dəyişikliklərinə də təsir göstərəcək.

Sonra Enerji Xartiyası Katibliyinin məsləhətçisi Vaqif Nəsibov "Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında" qanun layihəsinin hazırlanmasının aktuallığını əks etdirən təqdimatla çıxış edib. O bildirib ki, İNOGATE proqramı üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətləri müəyyənləşdirilərək, Aİ-nin Enerji Birliyinə təqdim edilib. "Energetika sektorunun strateji inkişaf planının əsas istiqamətlərindən biri də qanunvericilik və normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsidir. Bu məqsədlə elektrik enerjisi, təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihələri, o cümlədən daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən "Müstəqil tənzimləyici orqan" haqqında qanun layihəsi, həmçinin elektrik enerjisi və təbii qaz üzrə "Şəbəkə Məcəllələri"nin hazırlanması nəzərdə tutulub. Eyni zamanda, elektrik enerji və təbii qaz sistemləri strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması və son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastiki tariflər sisteminin yaradılması təklif edilib. V.Nəsibov yeni qanunda sahələr üzrə enerji səmərəliliyinin və tariflərin əks olunmasının vacibliyini diqqətə çatdırıb.

Enerji Xartiyası Katibliyinin koordinatoru Aleksandr Antonenko qanun layihəsinin struktur və əsas elementləri barədə təqdimat edib. A.Antonenko hesab edir ki, enerji effektivliyi yalnız energetika ilə məhdudlaşmır. Bu yeni investisiya, qənaətedilmiş enerji resurslarının ixracı, yeni iş yerləri, evlərdə rahat mühitin yaradılması, yerli biznesin rəqabətqabiliyyətinin artırılması, enerji ödəmələrinə çəkilən xərclərin azalması və ekoloji vəziyyətin yaxşılaşması kimi başa düşülməlidir. Yeni qanunda enerji auditi, sertifikatlaşdırılma, enerji menecmenti, cavabdeh orqanın yaradılması, enerji səmərəliliyi ilə bağlı milli fəaliyyət planı, enerjinin intellektual hesablanma sistemi, binalarda enerji səmərəliliyinə maksimal tələblər, ekodizayn və energetik markalanma kimi məsələlərin yer almasının mühümlüyü əsaslandırılıb.

Yekunda qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələrin işçi qrupunun növbəti iclaslarında davam etdirilməsi razılaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib