MƏDƏNİYYƏT


"Eurovision-2017" mahnı müsabiqəsi üçün Kiyevə 60 min turist gəlib

Bakı, 13 may, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinə 60 min turist gəlib.

AZƏRTAC xəbər verir ki, bunu Kiyev şəhər Dövlət Administrasiyasının Turizm İdarəsinin rəhbəri Anton Taranenko deyib.

Onun sözlərinə görə, turistlərin 20 mini xarici, 40 mini isə yerli turistlərdir.

Xatırladaq ki, "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi bu gün yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.

Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) 12-ci sırada çıxış edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.