DÜNYA
"Eurovision-2017"nin final mərhələsinin təhlükəsizliyinə 10 min polis əməkdaşı cəlb olunub
Bakı, 13 may, AZƏRTAC
Bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinin təhlükəsizliyi üçün 10 min polis cəlb olunub. Onun 3,5 min nəfəri mahnı müsabiqəsi keçiriləcək rayonda cəmləşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Ukraynanın hüquq-mühafizə orqanlarının nümayəndələri təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün müvafiq tədbirlər həyata keçiriblər.
Xatırladaq ki, "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi bu gün yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]