İQTİSADİYYAT
"ExpressPay" ödəniş terminallarında “Bakcell” danışıq dəqiqələri hədiyyə olunur
Bakı, 5 avqust, AZƏRTAC
"ExpressPay" ödəniş terminalları vasitəsilə "Bakcell" nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 AZN və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə olunur. Danışıq dəqiqələri yalnız “Cin kart” abunəçiləri üçün nəzərdə tutulub.
"Expressbank"dan AZƏRTAC-a bildiriblər ki, "Bakcell"in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu “Cin kart” abunəçilərinə verə bilərlər. “Cin kart” abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə edilməlidir. Balansda olan hədiyyə dəqiqələrin qalığını *777# "YES" əməliyyatı vasitəsilə yoxlamaq mümkündür.
Bankın xidmətləri barədə ətraflı məlumat almaq istəyənlər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.