İQTİSADİYYAT
"Expressbank" sərfəli şərtlərlə mikro kreditlər təklif edir
Bakı, 31 iyul, AZƏRTAC
"Expressbank" müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir.
Bankdan AZƏRTAC-a bildirilib ki, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500 manatdan 15 min manatadək, maksimal müddəti 24 ayadək, illik faiz dərəcəsi isə 21 faizdən başlayır.
Bank müxtəlif proqramlar üzrə kreditlər də təklif edir. "Expressbank"da mikro və kiçik biznes üçün, ipoteka krediti, təhsil, səhiyyə və neftçilərə, dövlət işçilərinə, təmir və digər istehlak kreditləri mövcuddur.
"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir ki, onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvanda yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7 minədək POS terminal və 250-dək "ExpressPay" ödəniş terminalı var.