İQTİSADİYYAT
"Expressbank"ın "Hədiyyəli pul köçürmələri" aksiyasının qalibləri müəyyən edilib
Bakı, 29 iyul, AZƏRTAC
"Expressbank"ın "Zolotaya Korona" təcili pul köçürmə sistemi ilə birgə keçirdiyi "Hədiyyəli pul köçürmələri" aksiyasının qalibləri müəyyən olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Expressbank"ın "Gəncə" və "Cəfər Cabbarlı" filiallarının müştəriləri planşet və smartfon qazanıblar. Aksiyanın şərtlərinə görə, "Expressbank" filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə, həmçinin "Pul Kart" bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]