İQTİSADİYYAT
"Expressbank"ın təqdim etdiyi "Mücrü" əmanəti 3 ilədək müddətə yerləşdirilə bilər
Bakı, 24 iyul, AZƏRTAC
"Expressbank"ın təqdim etdiyi "Mücrü" əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır. Bu əmanət üzrə illik maksimal faiz 13,5 faiz təşkil edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilərin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur. Müştərilər "Mücrü" əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.
Bundan başqa, "Mücrü" əmanətçiləri əmanətin 80 faizədək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4 faiz əlavə edilərək təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən edilir.