İQTİSADİYYAT
"Finex Kredit BOKT" ASC-nin istiqrazlarının buraxılışı qeydiyyata alınıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Finex Kredit BOKT" ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildiriblər ki, istiqrazların tədavül müddəti 24 ay, gəlirlilik dərəcəsi 8 faizdir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.
"Finex Kredit BOKT" ASC-nin, həmçinin hər birinin nominal dəyəri 1000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı da qeydiyyata alınıb. Qeydiyyat nömrəsi AZ2010019241 olan istiqrazlar qapalı üsulla yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 24 ay, gəlirlilik dərəcəsi isə 22 faiz təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]